logo

Xankəndidə silah və sursat aşkarlanıb

10:20 15-04-2024 | icon 798
Xankəndidə silah və sursat aşkarlanıb

Aprelin 13-də və 14-də polis əməkdaşları əməliyyat keçiriblər.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Əməliyyat tədbirləri nəticəsində 2 müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 2 tüfəng, 15 qumbara, 6 alışdırıcı, 68 patron darağı, 6316 müxtəlif çaplı patron, 5 süngü-bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkarlanaraq götürülüb.