logo

“Whatsapp"da yeni funksiya istifadəyə verilib

14:30 09-04-2024 | icon 2562
“Whatsapp"da yeni funksiya istifadəyə verilib

“Whatsapp" populyar mesencerində mediafaylların sürətli göndərilməsini təmin edən yeni funksiya istifadəyə verilib.

YeniAvropa “WABetaInfo” portalına istinadla xəbər verir ki, “Whatsapp" foto və videokitabxanasına da girişi sadələşdirib.

Mütəxəssislərin fikrincə, istifadəçilər artıq əlavə addımlar atmadan çatda plus işarəsini tutaraq qalereyanı sürətlə aça bilərlər. Portal mütəxəssisləri qeyd ediblər ki, “App Store”dan “Whatsapp" proqramının ən son yeniləməsini quraşdıran iOS istifadəçiləri üçün fotokitabxananın tez açılması funksiyası artıq əlçatandır.

Daha əvvəl bildirilmişdi ki, iOS cihazları üçün “Whatsapp"da videoları fon rejimində izləməyə imkan verən seçim olacaq. Daha sonra məlum olub ki, iOS əməliyyat sistemi əsasında qurulan cihazlar üçün “Whatsapp"da linklərin önizləməsini söndürməyə imkan verən yeni funksiya olacaq.