logo

Avropa çempionatının seçmə mərhələsi:Qadın millimiz İsveçrə ilə qarşılaşacaq

11:11 09-04-2024 | icon 2198
Avropa çempionatının seçmə mərhələsi:Qadın millimiz İsveçrə ilə qarşılaşacaq

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

YeniAvropa-ya bildirilib ki, yığma ikinci turda doğma meydanda İsveçrəni qəbul edəcək. “Liv Bona Dea Arena”da oynanılacaq görüş saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda qrupun ilk matçında səfərdə Macarıstanla 1:1 hesablı heç-heçə edib.