logo

Nikol Paşinyan Avropa Şurasının baş katibi ilə danışıqlar aparıb

15:15 08-04-2024 | icon 1351
Nikol Paşinyan Avropa Şurasının baş katibi ilə danışıqlar aparıb

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Öz növbəsində Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç sosial şəbəkə hesabında İrəvandakı danışıqların uğurlu keçdiyini və Avropa Şurasının Ermənistanda islahatlara yardım edəcəyi barədə status paylaşıb.