logo

AZAL Bakı-Buxarest müntəzəm aviareysinə başlayır

11:55 08-04-2024 | icon 4074
AZAL Bakı-Buxarest müntəzəm aviareysinə başlayır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. 

YeniAvropa xəbər verir ki,bu barədə AZAL-dan bildirilib.Qeyd edilib ki, uçuşlar həftədə iki dəfə — bazar ertəsi və cümə axşamları həyata keçiriləcək.

AZAL-ın Buxarestə reyslərinin açılması Azərbaycan və Rumıniya arasında əlaqələrin inkişafına, həmçinin turizm, mədəniyyət və biznes imkanlarının genişlənməsinə töhfə verəcək.

Buxarest Rumıniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, ölkənin mühüm iqtisadi və mədəni mərkəzidir, eyni zamanda, Cənub-Şərqi Avropanın maraqlı şəhərlərindən biridir.

Qeyd edilib ki, yaxın gələcəkdə “Azərbaycan Hava Yolları” aviaşirkəti Şərqi Avropanın daha bir böyük şəhərinə — Bolqarıstanın paytaxtı Sofiyaya uçuşları bərpa etməyi planlaşdırır. Bu istiqamətdə də reyslər həftədə iki dəfə yerinə yetiriləcək.