logo

Azərbaycanda alkoqollu içkilərin illik istehsal həcmi 20 min dekalitr olacaq

12:32 06-04-2024 | icon 1687
Azərbaycanda alkoqollu içkilərin illik istehsal həcmi 20 min dekalitr olacaq

Azərbaycanda alkoqollu içkilərin 2024-2025-ci illər üzrə illik minimum istehsal həcmi 20 min dekalitr olaraq müəyyən edilib.

YeniAvropa xəbər verir ki, bununla bağlı “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinə dəyişikliklər edilməsi təklif olunur.

Qanun layihəsi alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Alkoqollu içki növü olan arağın istehsalına icazənin verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsal həddinin müəyyən edilməsidir. Layihədə illik minimum istehsal həcmi 100 min dekalitr olaraq müəyyən edilsə də, layihənin keçid müddəalarında illik minimum istehsal həcminin bu həddə 2032-ci il yanvarın 1-dək mərhələli şəkildə qaldırılması nəzərdə tutulur.

Qanun layihəsində bildirilir ki, aparılmış təhlillərə əsasən son 3 illik dövr üzrə istehsal həcmi 20 min dekalitrdən çox olan vergiödəyicilərinin araq üzrə istehsal həcmləri ümumilikdə 1.434 min dekalitr təşkil edib. Bu da ölkə üzrə ümumi araq istehsalının 86 faizini təşkil edir.

Qanun layihəsinə təklif olunan dəyişikliklər birinci oxunuşda səsə qoyularaq qəbul edilib.