logo

Ukrayna bu il 2 milyondan çox dron istehsal edəcək

12:12 06-04-2024 | icon 4774
Ukrayna bu il 2 milyondan çox dron istehsal edəcək

Ukrayna cari ildə iki milyondan çox müxtəlif tipli dron istehsal etməyə hazırdır.

YeniAvropa xəbər verir ki, Ukraynanın strateji sənaye nazirinin müavini Anna Qvozdyar bu barədə Yaponiyanın ictimai televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfi süni intellekt texnologiyalarından istifadə etməklə yeni növ PUA-lar hazırlayır.

Anna Qvozdyar, həmçinin süni intellektin dronlara radio-elektron mübarizə vasitələrinin təsiri şəraitində belə, hədəfə çatmasına imkan verəcəyinə əminliyini ifadə edib.