logo

AQTA alkoqollu içkilərin istehsalı üçün qanunların sərtləşdirilməsini təklif edir

16:13 05-04-2024 | icon 1834
AQTA alkoqollu içkilərin istehsalı üçün qanunların sərtləşdirilməsini təklif edir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda alkoqollu içkilərin istehsalı və idxalı ilə əlaqədar olaraq bir sıra qanunvericilik aktlarında dəyişikliklə bağlı təkliflər verib.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibəsində deyib.

Q.Təhməzlinin sözlərinə görə, hazırda alkoqollu içkilərin istehsalı müəssisələrində fəaliyyət göstərən təsadüfi sahibkarlıq strukturlarının sayı çoxdur: “Hər hansı bir subyektin açılması ilə istədikləri formada alkoqollu içkilərin satışını həyata keçirirlər. Bu sahədə dövlət nəzarəti gücəndirilməlidir. Yaxın zamanlarda qanunvericilikdə müvafiq dəyişikliklər həyata keçiriləcək. Bu, imkan verəcək ki, Azərbaycanda alkoqollu içkilərin istehsalı və satışı üzərində dövlət nəzarəti daha da gücləndiriləcək. Təklif edilən dəyişikliklər həddindən çoxdur. İstehsal və ölkəyə idxal həyata keçirən müəssisələr ölkənin “Qida Təhlükəsizliyi haqqında” Qanunun tələblərinə ciddi şəkildə əməl etməlidirlər. AQTA bütün spirtli içki istehsal edən müəssisələrdə müvafiq yoxlamalar həyata keçirəcək. Yoxlamaların həyata keçirilməsi nəticəsində təkrar qeydiyyat olacaq. Həmin tələblər yerinə yetirilməzsə, sanitar norma və qaydalara əməl etməyən spirtli içki istehsalı müəssisələrinin fəaliyyətinə icazə verilməyəcək”.