logo

Ezamiyyə xərcləri artırıldı

15:15 05-04-2024 | icon 2212
Ezamiyyə xərcləri artırıldı

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli Qərarında dəyişiklik edilib.

YeniAvropa xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin bir günlük norması müəyyənləşib. Belə ki, Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat məbləği Bakı şəhərində 125 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manat kimi müəyyən edilib.