Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsselə səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfərin məqsədi aprelin 3-4-də NATO-nun Baş Qərargahında keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir.
Hakan Fidanın görüş çərçivəsində ikitərəfli danışıqlar aparacağı da gözlənilir.