logo

Asiya İnkişaf Bankının illik toplantısı Gürcüstanda keçiriləcək

14:54 01-04-2024 | icon 2303
Asiya İnkişaf Bankının illik toplantısı Gürcüstanda keçiriləcək

Asiya İnkişaf Bankının(AİB) 57-ci illik toplantısı bu ilin mayında Gürcüstanda keçiriləcək.

YeniAvropa xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xutişvili deyib. Onun sözlərinə görə, 2023-cü ildə Gürcüstan Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramına sədrlik edib və il ərzində respublikada planlaşdırılan bütün tədbirlər uğurla həyata keçirilib.

Hazırda AİB-in illik toplantısına fəal hazırlıq gedir. Toplantıda 68 ölkədən 4000-dək nümayəndənin iştirakı gözlənilir.

Asiya İnkişaf Bankının 57-ci toplantısı bu istiqamətdə Gürcüstanda keçirilən ən böyük tədbir olacaq.