logo

Bərdədə ev yanıb: 5 yaşlı uşaq ölüb,2 nəfər xəstəxanaya yerləşdirilib

13:13 01-04-2024 | icon 966
Bərdədə ev yanıb: 5 yaşlı uşaq ölüb,2 nəfər xəstəxanaya yerləşdirilib

Bərdədə fərdi yaşayış evinin yanması nəticəsində 5 yaşlı uşaq ölüb.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus ikimərtəbəli, 8 otaqlı evdə yanğın baş verib. Əraziyə dərhal FHN-in Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının qarşısı alınıb, alov söndürülüb.

Hadisə nəticəsində 5 yaşlı uşaq ölüb.

İki nəfər isə xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.