Azərbaycan cüdoçusu Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
YeniAvropa xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan 21 yaşlı idmançı son təsəlliverici görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri məğlubiyyətə uğradıb. Heydərov rəqibinə vazari xalı ilə qalib gəlib.
Bu, Azərbaycan yığmasının dünya çempionatında ilk medalı olub.
Xatırladaq ki, Hidayət Heydərov Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.
Qeyd edək ki, 125 ölkənin iştirak etdiyi cüdo üzrə dünya çempionatında 460 kişi və 298 qadın idmançı mübarizə aparır.