73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yarımfinalda Yaponiya idmançısı, dünya çempionu Soiçi Haşimotoya məğlub olub. O, bürünc medal uğrunda Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşacaq.
Qeyd edək ki, 2013-cü və 2014-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olan Hidayət Heydərov 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc cüdoçuların dünya çempionatında bürünc medal qazanıb. O, 2017-ci ildə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub, həmçinin Avropa çempionu adını qazanaraq qitənin "Ən yaxşı gənc cüdoçu”su xüsusi mükafatına da layiq görülüb.