Cüdo üzrə dünya çempionatında ölkəmizi 73 kiloqram çəki dərəcəsində təmsil edən Hidayət Heydərov bu gün keçirdiyi üçüncü görüşündə tacikistanlı Bəhruzi Xocazodaya qalib gəlib. Beləliklə, idmançımız çempionatın 1/4 final mərhələsinə yüksəlib.
YeniAvropa xəbər verir ki, Hidayət Heydərov 1/4 finalda Monqolustan idmançısı Odbayar Qanbaatara qalib gəlib. Beləliklə də cüdoçumuz yarımfinal mərhələsinə yüksəlib.
Qeyd edək ki, Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanan ilk Azərbaycan idmançısıdır.