logo

Moskvada “Crocus City Hall”da baş verən atışma və partlayışda ölənlərin sayı 15-ə çatıb

22:22 22-03-2024 | icon 973
Moskvada “Crocus City Hall”da baş verən atışma və partlayışda ölənlərin sayı 15-ə çatıb

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində baş verən atışma və partlayış nəticəsində ilkin məlumata görə 15 nəfər ölüb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, hərbi geyimdə olan şəxlər avtomat silahlardan atəş açıblar. Yerli mətbuat təxminən 10 nəfərin yaralandığını yazır.

Hadisə zamanı partlayışın olduğu və binada yanğının başladığı bildirilir.

Hadisə yerində operativ qərargah yaradılıb, zərərçəkənlərin sayı dəqiqləşdirilir.