logo

NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib

19:43 17-03-2024 | icon 455
NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib

NATO-nun baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, Azərbaycan və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.