logo

Bakı-Moskva təyyarəsi “Domodedovo” hava limanına eniş edib

16:36 17-03-2024 | icon 1617
Bakı-Moskva təyyarəsi “Domodedovo” hava limanına eniş edib

Rusiyanın “Domodedovo” hava limanının müvəqqəti bağlanması ilə əlaqədar “Şeremetyevo”da enən “Azərbaycan Hava Yolları”nın təyyarəsi “Domodedovo” aeroportuna yola düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 16:13-də “Domodedovo” aeroportunda eniş edib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar saat 12:15-də Şeremetyevo hava limanına eniş edib.

Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.