logo

UEFA Konfrans Liqası: “Fənərbağça” 1/4 finala vəsiqə qazandı

23:43 14-03-2024 | icon 1057
UEFA Konfrans Liqası: “Fənərbağça” 1/4 finala vəsiqə qazandı

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yüksələn ilk üç komandanın adına aydınlıq gəlib.

YeniAvropa xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" doğma meydanda Belçika təmsilçi "Union"la qarşılaşıb.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşsa da, İstanbul nəhəngi ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub etdiyi üçün adını 1/4 finala yazdırıb.

Dörddəbir finala çıxan digər komandalar isə "Fiorentina" (İtaliya ) və PAOK-dur (Yunanıstan).