logo

Gürcüstanın baş naziri Azərbaycana səfərə gəlir

22:12 14-03-2024 | icon 707
Gürcüstanın baş naziri Azərbaycana səfərə gəlir

Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir ki, İ.Kobaxidze Bakıda yüksək səviyyəli görüşlər keçirəcək.

Bu görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, regional enerji və nəqliyyat layihələri, eləcə də regionda sülh, təhlükəsizlik və sabitlik məsələləri diqqət mərkəzində olacaq.

Qeyd edək ki, İ.Kobaxidze baş nazir təyin olunduqdan sonra ilk səfərini Brüsselə edib. Region ölkələrinə gəldikdə isə o, ilk səfərini Azərbaycana edəcək.