logo

UEFA Avropa Liqası: “Qarabağ” “Bayer”ə qarşı

10:20 14-03-2024 | icon 749
UEFA Avropa Liqası: “Qarabağ” “Bayer”ə qarşı

Bu gün "Qarabağ" komandası UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab görüşünə çıxacaq.

YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi Almaniyada "Bayer”in (Leverkuzen) qonağı olacaq.

"BayArena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.