logo

“AccessBank” regionlarda bir sıra filiallar açmağı planlaşdırır

12:32 12-03-2024 | icon 756
“AccessBank” regionlarda bir sıra filiallar açmağı planlaşdırır

“AccessBank” bu il ərzində region mərkəzlərində filial şəbəkəsini genişləndirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə “AccessBank”ın İdarə Heyətinin üzvü, korporativ, kiçik və orta sahibkarlıq və pərakəndə bankçılıq üzrə icraçı direktoru İlkin Quliyev jurnalistlərə açıqlamasında deyib.

“Məqsədimiz regionlara xüsusi önəm verməklə bütün ölkə üzrə biznes mühitini dəstəkləmək və inkişaf etdirməkdir. Bank cari ildə regionda iki yeni filial açmağı planlaşdırır. Bununla bağlı yer seçimi hərtərəfli təhlil əsasında aparılacaq”, - deyə o vurğulayıb.