logo

Qaxda 11 sm qar yağıb

10:50 11-03-2024 | icon 826
Qaxda 11 sm qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin martın 11-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 11, Şahbuzda 4, Şahdağda 2, Altıağac, Xaltan, Gədəbəy, Kişçay (Şəki), Qusarda 1 santimetr olub.

Düşən yağıntının miqdarı Lənkəran, Beyləqanda 24, Sabirabadda 22 , Biləsuvarda 19, Oğuzda 17, İmişlidə 15, Göyçay, Zərdabda 13, Yardımlı, Astara, Ağdamda, Mingəçevir, Yevlax, Naftalan, Bərdə, Gəncə, Şəmkir, Göygöl, Daşkəsən, Tərtər, Kürdəmir, Lerik, Qəbələ, Şəki, Neftçala, İsmayıllı, Gədəbəy, Qobustan, Naxçıvan, Sədərək, Şərur, Ordubad, Culfa, Şahbuz, Quba, Qusar, Şabran, Cəlilabad, Şirvan, Balakən, Zaqatala, Qax, Şamaxı, Qrız, Şahdağ, Altıağac, Xaltanda 10, Bakıda və Abşeron yarımadasında isə 8 millimetrədək olub.

Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Qusar, Qrız, Tərtər, Kürdəmir, Göyçay, Sabirabad, Biləsuvar, Lerik, Sumqayıtda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 1-3, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta olub