logo

2023-cü il maliyyə sektorunun aktivləri 52 milyard manata çatıb

12:12 07-03-2024 | icon 1183
2023-cü il maliyyə sektorunun aktivləri 52 milyard manata çatıb

Ötən il maliyyə sektorunun aktivləri 5 faiz artaraq 52 milyard manata çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.

O bildirib ki, hesabat dövründə bankların kredit portfeli 18 faiz artıb, kapitalın adekvatlıq göstəriciləri 20 faiz təşkil edib.

“Görülmüş işlər nəticəsində biznes mühitində maliyyə əlçatanlığın artıb, maliyyə xidmətlərinin rəqəmsallaşması genişləndirilib. Ötən il həyata keçirilmiş təşəbbüslərin başlıca məqsədi maliyyə institutlarının dayanıqlığının artırılması, elektron ödənişlərin genişləndirilməsi, kredit informasiya infrastrukturunun təkmilləşdirilməsi, kapital bazarlarının genişləndirilməsi, habelə “yaşıl maliyyə” üzrə ekosistemin formalaşdırılması olub”, - deyə Rəşad Orucov vurğulayıb.