logo

Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunda iştirak edir

10:10 02-03-2024 | icon 1862
Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunda iştirak edir

Energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, səfərdə məqsəd bu gün paytaxt Əlcəzair şəhərində keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Dövlət və Hökumət Başçılarının 7-ci Sammitində iştirak etməkdir.

Sammitdə qaz sahəsində aparılan siyasət, son inkişaf və tendensiyalar, həmçinin üzv ölkələr tərəfindən qlobal enerji bazarında qarşıdakı dövrdə təbii qaz resurslarının roluna dair müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində  Pərviz Şahbazovun bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan GECF-də müşahidəçi üzv qismində təmsil olunur.