logo

"Qarabağ" Avroliqanın qrup mərhələsinə məğlubiyyətlə başlayıb

01:02 21-09-2018 | icon 2982
"Qarabağ" Avroliqanın qrup mərhələsinə məğlubiyyətlə başlayıb

 

UEFA Avropa Liqasında ilk oyuna çıxan Ağdamın "Qarabağ" komandası səfərdə Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşır.

YeniAvropa xəbər verir  ki, matçın ilk dəqiqələrində "Sportinq" komandasını əks hücümda yaxalayan Qurban Qurbanovun yetirmələrinin vurduğu zərbə dəqiq olmayıb. Qarşılaşmanın 21-ci dəqiqəsində portuqaliyalıların müdafiədə kobud səhvini İnnosent Emeqara dəyərləndirə bilməyib.Beləliklə, hər iki komandanın cəhdlərinə baxmayaraq birinci hissə qolsuz heç-heçə ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində meydan sahibləri 54-ci və 87-ci dəqiqələrdə iki qol vuraraq qələbə qazanıblar.

E qrupun digər oyunu "Emirates" stadionunda keçirilib. Meydan sahibi "Arsenal" Ukrayna təmsilçisi "Vorska" klubunu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (4:2).

Qeyd edək ki, "Qarabağ" növbəti görüşünü oktyabrın 4-də Bakı Olimpiya Stadionunda "Arsenal"a qarşı keçirəcək.