Azərbaycanın dövlət zəmanətli borcu 11 milyard manatı ötür
Cari ilin yanvarın 1-nə olan məlumata gğrə, Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 11 milyard 434,4 milyon manat və yaxud 2023-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 9,3 %-i təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, dövlət zəmanəti verilmiş borcun 10 milyard 208,8 milyon manatı (6 milyard 005,2 milyon ABŞ dolları) və yaxud 89,3 %-i xarici kreditlərin, 1 milyard 225,6 milyon manatı və yaxud 10,7 %-i isə daxili kreditlərin payına düşüb. Xarici dövlət zəmanətli borcun 4 milyard 440 milyon ABŞ dollarını və yaxud 73,9 %-ni (7 milyard 548 milyon manat) "Cənub Qaz Dəhlizi" QSC-nin öhdəlikləri üzrə verilmiş dövlət zəmanətidir.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 52,4 %-ni sabit, 47,6 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 64,1 %, avro – 22,2 %, manat – 7,1 %, yapon yeni – 4,2 %, digər valyutalar – 2,3 %.
Dövlət zəmanətli borcun 68,8 %-i 5 ilə qədər olan müddətdə, 17,4 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 13,8 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Dövlət zəmanətli kreditlərin 15 %-i müxtəlif investorların, 5,6 %-i Dünya Bankının, 9,9 %-i Avropa İnvestisiya Bankının, 1,4 %-i İslam İnkişaf Bankının, 5,9 %-i Avropa Yenidənqurma və İnkişaf Bankının, 5,7 %-i Bank sindikatlarının, 4,2 %-i Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, 10,7-i daxili kreditorların, 3,6 %-i Koreya İxrac-İdxal Bankının, 8,2 %-i Asiya İnfrastruktur İnvestisiya Bankının, 29,7 %-i isə digər kreditorların payına düşüb.
Norveçli səyyahlar Şuşaya səfər ediblər
NATO-nun baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir
Sabah Bakıda arabir yağış yağacaq,22° isti olacaq
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə olunub
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini qəbul edib
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir
Bakının mərkəzində bu gün su olmayacaq
Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 86,63 dollara satılır
Faktiki hava:Küləkli hava sabah axşamadək davam edəcək
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir