logo

Ermənistanın xarici işlər naziri Türkiyəyə səfərə gedib

09:31 01-03-2024 | icon 3346
Ermənistanın xarici işlər naziri Türkiyəyə səfərə gedib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 1-də Türkiyəyə səfərə  gedib.

YeniAvropa Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. 

Qeyd edilib ki, 3 gün davam edəcək səfər çərçivəsində A.Mirzoyanın bu gün işinə başlayacaq Antalya Diplomatiya Forumunda iştirakı, eləcə də  çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.