logo

Rusiya tezliklə “Sarmat” raketlərini nümayiş etdirəcək-Putin

14:58 29-02-2024 | icon 2044
Rusiya tezliklə “Sarmat” raketlərini nümayiş etdirəcək-Putin

Rusiya tezliklə “Sarmat” raketlərini operativ yerləşdirmə rayonlarında nümayiş etdirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciəti əsnasında bildirib.

O qeyd edib ki, Rusiyanın müdafiə sektorunun inkişafı ilə bağlı əvvəlki bütün planlar yerinə yetirilib. Xüsusi əməliyyat zonasında “Kinjal” kompleksindən səmərəli istifadə olunur, “Burevestnik” qanadlı raketinin və “Poseydon” sisteminin sınaqları tamamlanır.

Putin “Sarmat” raketlərinin artıq qoşun növlərinə çatdırıldığını vurğulayıb.