DİM buraxılış imtahanı verəcək şagirdlərə müraciət edib
Tam orta və ümumi orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında hər fənn üzrə müəyyən sayda tapşırıq yazı işi (ətraflı həll və ya cavab yazılması tələb olunan) tapşırıqlarıdır. Dövlət İmtahan Mərkəzi (DİM) qarşıdan gələn bu imtahanlarda şagirdlərin daha rahat və effektiv nəticə əldə etməyinə faydalı ola biləcək bir neçə tövsiyəni diqqətə çatdırıb.
YeniAvropa DİM-ə istinadla tövsiyələri təqdim edir :
- Şagird imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini və tünd-göy (və ya qara) rəngdə yazan diyircəkli qələm gətirməyi unutmamalıdır;
- İmtahana buraxılış vərəqəsiində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlmək lazımdır;
- İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;
- İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşmək lazımdır;
- İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət edilməlidir;
- Zal nəzarətçisinin şagirdə verdiyi cavab vərəqində və sual kitabçasında yazılmış məlumatların ona aid olduğunu dəqiqləşdirmək, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verilməlidir;
- Sual kitabçasını və cavab vərəqini qatlayıb əzmək, orada lazımsız qeydlər etmək olmaz;
- Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Şagirdin topladığı bal hesablanarkən yalnız cavab vərəqindəki və cavab kartındakı cavablar nəzərə alınır.
- Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) apellyasiya müraciətləri zamanı baxılmayacaq.
- İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şərait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcək;
- Yazı işi tünd-göy və ya qara rəngli diyircəkli qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır;
Həmçinin Azərbaycan dili, rus dili, riyaziyyat, xarici dil fənlərindən tövsiyələr DİM-in saytında yerləşdirilib.
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək
Sabah Bakıda 31° isti olacaq
ANAMA-nın 43 yaşlı əməkdaşı Şuşada minaya düşüb
Azər Quliyevin “Sanki yoxsan” filmi Kann festivalında
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
Azərbaycan nefti 90,68 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb