logo

İşğaldan azad edilmiş ərazilərdəki bütün mədəni irsimiz bərpa edilir-Allahşükür Paşazadə

12:32 26-02-2024 | icon 686
İşğaldan azad edilmiş ərazilərdəki bütün mədəni irsimiz bərpa edilir-Allahşükür Paşazadə

İşğaldan azad edilmiş ərazilərdəki bütün mədəni irsimiz bərpa edilir.

YeniAvropa xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib.

“Şuşada və başqa ərazilərdə yeni məscidlər tikilir. Gələcəkdə bu məscidlərdən o bölgələrdə yaşayan azərbaycanlılar, dindarlar istifadə edəcəklər. Təkcə məscidlər deyil, eyni zamanda, kilsələr də təmir edilir. Allaha şükür, işğaldan azad edilmiş ərazilərdəki bütün mədəni irsimiz bərpa edilir. Biz buna görə dövlətimizə təşəkkürümüzü bildiririk”, - deyə QMİ sədri qeyd edib.