Azərbaycan və Rusiyanın milli teatrları əməkdaşlıq edəcəklər
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakıda həyata keçirilən ikitərəfli işgüzar və yaradıcı layihə proqramları çərçivəsində Rusiya Milli Dram Teatrı (Aleksandrinski Teatrı) ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
YeniAvropa xəbər verir ki, təntənəli mərasimdə Rusiya və Azərbaycanın milli teatrlarının teatr sənətinin inkişafı, qorunub saxlanılması və yayılması, tarixi-mədəni irsin mühafizəsi, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, milli-mədəni dəyərlərin inkişafı və təbliği məqsədi ilə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqları vurğulanıb.
Rusiya nümayəndə heyətinin üzvlərinin, hər iki tərəfdən teatr kollektivlərinin nümayəndələrinin və çoxsaylı kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edən İlham Əsgərov və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) direktoru Sergey Yemelyanov sözügedən sənədi imzalayıblar.
Milli teatrların rəhbərləri mərasimdəki çıxışlarında imzalanmış sənədin əhəmiyyətini qeyd edib, Memorandumun perspektivlərini vurğulayıblar. Onlar bildiriblər ki, bu sənəddə öz əksini tapmış niyyətləri ehtiva edən müddəalar üzərində xeyli müddətdir ki, iş aparılır. Rusiya və Azərbaycanın iki milli, həm də iki əsas teatrının əməkdaşlığı sadəcə olaraq, bu iki yaradıcı kollektivin təbiətinə xasdır. Bu gün real layihələrə imzalar atılıb ki, onlardan birincisi MDB-nin dəstəyi ilə fevralın 19-dan 21-dək Bakıda keçiriləcək Aleksandrinski Teatr Məktəbinin açılışıdır.
“Müasir milli teatrda idarəetmənin əsasları” kursu Azərbaycandan 30-dan çox mədəniyyət və incəsənət xadimlərini bir araya gətirəcək. Müəllimlər teatr layihələrinin idarə edilməsi və teatrşünaslıq sahələrində aparıcı rusiyalı ekspertlər olacaq.
Bununla paralel olaraq, Aleksandrinski Teatrı və Rusiya Dövlət İncəsənət İnstitutunun birgə proqramı olan azərbaycanlı rəssamlar üçün “Müasir kontekstdə aktyorluq” adlı maarifləndirici intensiv tədbir də keçiriləcək.
Həmçinin bildirilib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 2024-cü ilin sentyabrında XV Beynəlxalq Aleksandrinski Festivalında iştirak edəcək və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) səhnəsində öz tamaşalarını nümayiş etdirəcək. Bununla yanaşı, Rusiya teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində öz repertuarından tamaşalar təqdim edəcək. Bunlardan birini Sergey Yemelyanov açıqlayıb və vurğulayıb ki, Valeri Fokinin səhnələşdirdiyi N.V.Qoqolun pyesi əsasında səhnələşdirilmiş “Evlilik” tamaşasını cəsarətlə brend adlandırmaq olar.
Azərbaycan Teatr Xadimləri İttifaqı adından sədrin səlahiyyətlərini müvəqqəti icra edən Azərbaycanın Xalq artisti Hacı İsmayılov rusiyalı qonaqları səmimiyyətlə salamlayıb və imzalanmış Memorandumdan sevinc hissi duyduğunu qeyd edib. O, Sergey Yemelyanova Cənubi Qafqazın ən qədim teatr birliklərindən birinin 140 saylı şəhadətnaməsi ilə təsdiqlənmiş “Sənətkar” medalını təqdim edib. Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Mehriban Ələkbərzadə və Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək bu mərasimin hər iki dövlətin yaradıcılıq və mədəni həyatında əhəmiyyətini qeyd ediblər.
Sonra milli teatrların rəhbərləri “Rus səhnəsinin seçilmiş obrazları” sərgisini açıblar. Açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin müşaviri, Azərbaycanın Əməkdar artisti Oleq Əmirbəyov, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov və Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov iştirak ediblər. Aleksandrinski Teatrı və Sankt-Peterburq Teatr və Musiqi Sənəti Muzeyinin xüsusi layihəsi Rusiyanın ən qədim teatrlarından birinin səhnəsində baş verənlərin tarixi retrospektivini təqdim edir.
Qeyd edək ki, MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakıdakı Rus evinin dəstəyi ilə ölkəmizin paytaxtında “Aleksandrinski Teatr Məktəbi: MDB-yə üzv dövlətlərlə əməkdaşlığın inkişafı” layihəsi həyata keçirilir.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb