logo

Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə ediləcək

11:11 18-02-2024 | icon 2513
Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə ediləcək

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına səfər edib.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.