logo

Ermənilərin Qaradağlıda törətdiyi soyqırımından 32 il ötür

09:49 17-02-2024 | icon 987
Ermənilərin Qaradağlıda törətdiyi soyqırımından 32 il ötür

 1992-ci il fevralın 17-də baş verən Qaradağlı faciəsi(qətliamı) Qarabağ müharibəsinin ən kədərli və unudulmaz hadisələrindən biridir.

YeniAvropa xəbər verir ki,Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir.

Ermənilərin Qaradağlıda törətdiyi qətliam hadisəsi zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Həyata keçirilən soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəbyaşlı uşaq olub. Ümumən 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.

Kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb.