logo

AZAL-ın Tbilisiyə uçan təyyarəsi Bakıya geri qayıdıb

09:29 17-02-2024 | icon 1057
AZAL-ın Tbilisiyə uçan təyyarəsi Bakıya geri qayıdıb

“Azərbaycan Hava Yolları"(AZAL) aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-dan YeniAvropa-ya bildirilib ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 08:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.