Cavab oyununda daha məsuliyyətli olmalıyıq-Qurban Qurbanov
Ciddi və sürətli komandaya qarşı oynadıq. Qələbə qazansaq da, bu, hələ ilk hissə idi. Belə turnirlərdə istənilən nəticələr qeydə alına bilər. Cavab matçında daha məsuliyyətli olmalıyıq.
YeniAvropa xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Heç vaxt proqnozlara fikir vermədiyini bildirən 52 yaşlı mütəxəssis əlavə edib: “Matçdan öncə "Braqa"nı favorit görənlərin fikirlərini normal qarşılayıram. Amma bizim də avrokubok təcrübəmiz var. Düzdür, özümüzə inansaq da, 4 qol vuracağımızı gözləmirdik. Amma bu gün hər şey bizim üçün yaxşı alındı. Mərhələnin taleyinin həll olunduğunu düşünmürəm. Şanslar hələ də bərabərdir. Daha soyuqqanlı olmalı, cavab görüşünə ciddi yanaşmalıyıq. Çünki qarşımızda "Braqa" kimi komanda var. Bakıda daha diqqətli olmağa və səhvsiz oynamağa çalışacağıq”.
O, yaxın günlərdə müdafiə xəttinə transfer gözlənilmədiyini söyləyib: "Pəncərə artıq bağlanıb. Son anlarda qol buraxmağı istəməzdik. Məşqlərdə bunun üzərində işləyirik. Hər iki qol standart vəziyyətdən vuruldu. Qapımızda top görürüksə, daha diqqətli oynamalıyıq".
Q.Qurbanov son dəqiqələrdə qol fürsətini boşa verən Nəriman Axundzadənin matçdan sonra ağlamasına da münasibət bildirib: "Nərimanla ayrılıqda danışmadım. Onu, ümumiyyətlə, paltardəyişmə otağında görmədim. Yəqin, gizlənirdi (gülür). Normal haldır. Qol vura bilmədiyinə görə ağlayırsa, deməli, vəziyyəti dərk edir. Amma bəlkə də fərqlənsəydi, futbolçu kimi daha gec böyüyəcəkdi. Bu cür hallar futbolçunun inkişafına müsbət təsir göstərir. Perspektivli oyunçudur. Bu barədə onunla mütləq söhbətimiz olacaq".
Təcrübəli mütəxəssis bütün rəqiblərə hörmətlə yanaşdıqlarını vurğulayıb: "Kimsə bizdən üstündürsə, bunu qəbul edirik. Amma bu, o demək deyil ki, biz bacarıqsızıq. Özümüzə inanırıq. Bu gün futbolçular çox əziyyət çəkdilər. Tutduğumuz yolla gedirik. Getdikcə qarşımıza daha güclü komandalar çıxır. Qalibiyyətin digər tərəfi də var. Bu cür qələbələr futbolçulara inam verir ki, çox çalışsalar, uğur qazana bilərlər".
Baş məşqçi komandasının cavab oyunu öncəsi eyforiyaya qapılmasını istəmədiyini əlavə edib: "Qarşımızda ciddi rəqib var. Çalışacağam ki, kənar fikirlər futbolçularıma təsir etməsin. Təbii ki, azarkeşlər, mətbuat bizdən daha böyük uğurlar gözləyir. Bu da normal haldır. Odur ki, cavab görüşünə psixoloji baxımdan daha ciddi hazırlaşmalı olacağıq".
O, klubları büdcəsinə görə analiz etməyi xoşlamadığını diqqətə çatdırıb: "Futbol elə bir səviyyəyə gəlib çatıb ki, istənilən nəticələr qeydə alına bilər. Mən öz işimə daha çox sevgi ilə yanaşıram. Futbolçularıma da bunu tövsiyə etmişəm. Düzdür, yaxşı maliyyə ilə daha davamiyyətli iş görmək, daha da böyümək olar. Amma bugünkü durum bizi qane edirsə, gözümüz daha böyük pullarda deyilsə, nəticələrimiz mütləq olacaq".
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Bakıda keçiriləcək.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb