logo

Avropa çempionatı:Qadın güləşçimiz yarımfinala yüksəlib

18:19 15-02-2024 | icon 1260
Avropa çempionatı:Qadın güləşçimiz yarımfinala yüksəlib

Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

YeniAvropa xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə yunanıstanlı Nikoleta Barmpanı, 1/4 finalda isə belaruslu Tatyana Pavlovanı 4:1 hesabı ilə məğlub edib.

O, finala gedən yolda Ukrayna təmsilçisi İrina Koliadenko ilə qarşılaşacaq.

Azərbaycanın digər qadın güləşçiləri Jalə Əliyeva (57 kiloqram) 1/4 finalda ukraynalı Solomiyə Vinnikə, Birgül Soltanova (62 kiloqram) isə 1/8 finalda norveçli Avropa çempionu və dünya ikincisi Qreys Bullenə məğlub olub. Uduzduqları rəqiblər finala çıxsalar, idmançılarımız təsəlliverici görüşlərə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, bu gün qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının iki üzvü - Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) final qarşılaşmalarına çıxacaqlar.