logo

Para-atletimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

16:13 15-02-2024 | icon 728
Para-atletimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan para-atleti Oloxan Musayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, idmançı F55 kateqoriyası üzrə nüvə itələmə növündə 10.92 metr nəticə göstərib.

Qeyd edək ki, Oloxan Musayev artıq “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.