logo

Olaf Şolts İlham Əliyevi təbrik edib

15:30 15-02-2024 | icon 784
Olaf Şolts İlham Əliyevi təbrik edib

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:" Çox hörmətli cənab prezident.

Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır.

Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam.

Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram".