logo

Azərbaycan millisi FIFA reytinqində 1 pillə irəliləyib

13:53 15-02-2024 | icon 693
Azərbaycan millisi FIFA reytinqində 1 pillə irəliləyib

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

YeniAvropa qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan yığması bir pillə irəliləyib.

Hazırda baş məşqçisiz olan komanda 1174.22 xalla 113-cü sırada qərarlaşıb.

Reytinq siyahısına əvvəlki kimi, son dünya çempionu Argentina seçməsi (1855.2 xal) başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) üçüncü pilləni tutur.

Türkiyə yığması (1505.28) isə 2 pillə irəliləyərək 35-ci sıraya yüksəlib.