logo

Avropa çempionatı:Yunan-Roma güləşi millimiz 6 medalla II yeri tutub

10:01 15-02-2024 | icon 679
Avropa çempionatı:Yunan-Roma güləşi millimiz 6 medalla II yeri tutub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.

YeniAvropa xəbər verir ki, güləşçilərimiz 3 qızıl, 2 gümüş, 1 bürünc medalla buna nail olublar.

Ümumilikdə 142 xal toplayan yığma Avropa çempionu olan Türkiyədən cəmi 5 xal geri qalıb. Azərbaycan millisi həm də tarixində ilk dəfə qitə birinciliyində 3 qızıl mükafat əldə edib.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan yığmasının heyətində Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medala sahib çıxıb.