logo

NATO Ukrayna ordusu üçün təlim mərkəzi yaradır

09:29 15-02-2024 | icon 1491
NATO Ukrayna ordusu üçün təlim mərkəzi yaradır

NATO Ukrayna hərbçilərinin təlimi və təhsili üçün mərkəz yaratmağı planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqının missiyasını və bəzi Qərb ölkələrinin proqramlarını tamamlayacaq yeni layihə Ukrayna hərbçilərinə həm də strategiya və müdafiə idarəçiliyini öyrətmək üçün nəzərdə tutulub. Məqsəd Ukraynaya qüvvələrini NATO standartlarına uyğunlaşdırmaqdır. Alyans üzvləri indi proqramın təfərrüatlarını yekunlaşdırırlar.

Qəzetin yazdığına görə, hazırda NATO müttəfiqləri təşəbbüsün necə maliyyələşdiriləcəyini və hansı növ təlimçilərin cəlb olunmasını müzakirə edirlər.