logo

“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobilləri istehsal edəcək

09:01 15-02-2024 | icon 1155
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobilləri istehsal edəcək

Rusiyanın “AvtoVAZ” avtomobil istehsalçı şirkəti Azərbaycanda “Lada” avtomobillərinin yığılmasının təşkili ilə bağlı danışıqlar aparır.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin prezidenti Maksim Sokolov jurnalistlərə bildirib.

“Danışıqlar aparırıq və “AvtoVAZ”ın nümayəndə heyəti bu günlər Azərbaycandadır. Nümayəndə heyəti gələcək tərəfdaşlarımızın istehsal müəssisələrinə baxacaq. Ümid edirəm ki, yazda müsbət xəbərlər olacaq”, - deyə M.Sokolov vurğulayıb.