logo

Ermənistan PUA-sı necə geri qayıtmağa məcbur oldu?

15:30 14-02-2024 | icon 1351
Ermənistan PUA-sı necə geri qayıtmağa məcbur oldu?

Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Milli Ordunun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb.