logo

Şimal bölgəsi qatı dumana bürünüb

10:20 14-02-2024 | icon 616
Şimal bölgəsi qatı dumana bürünüb

Fevralın 14-ü səhər saatlarıdan başlayaraq Şimal bölgəsində qatı duman müşahidə olunur.

YeniAvropa xəbər verir ki, dumanlı hava şəraiti yollarda görmə məsafəsini məhdudlaşdırdığından avtomobillərin hərəkətində çətinlik yaradır.

Qatı duman Quba-Xaçmaz və Gəndob-Yalama avtomobil yollarında daha çox müşahidə edilir.

Duman digər hərəkət iştirakçılarının, habelə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.