logo

UEFA Çempionlar Liqası:Bu gün 1/8 final mərhələsi start götürür

10:40 13-02-2024 | icon 728
UEFA Çempionlar Liqası:Bu gün 1/8 final mərhələsi start götürür

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarına start veriləcək.

YeniAvropa xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

“Kopenhagen” Danimarkada İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Eyni saatda “Leyptsiq” Almaniyada İspaniya nəhəngi “Real Madrid”lə üz-üzə gələcək.

Qeyd edək ki, cavab görüşləri martın 6-da təşkil olunacaq.