logo

Avropa Şurasının baş katibi İlham Əliyevi təbik edib

21:12 12-02-2024 | icon 1400
Avropa Şurasının baş katibi İlham Əliyevi təbik edib

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç prezident İlham Əliyevə təbik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli prezident.

Fürsətdən istifadə edərək bu günlərdə yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Mən Sizin səlahiyyət müddətiniz dövründə insan hüquqları, demokratiya və qanunun aliliyinin inkişafı ilə bağlı ümumi prinsiplərimiz üzrə birgə işləməyi davam etdirməyi səbirsizliklə gözləyirəm. Beynəlxalq ictimaiyyətlə yanaşı, Avropa Şurası regionda sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə yönəlmiş bütün səyləri dəstəkləməkdə davam edəcəkdir".