logo

“Qarabağ” – “Braqa” oyununa 15 000 bilet satılıb

18:58 12-02-2024 | icon 924
“Qarabağ” – “Braqa” oyununa 15 000 bilet satılıb

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Ağdam klubundan YeniAvropa-ya verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matça artıq 15 000 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq, 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manata satılır.

Biletləri Iticket.az-ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.