logo

“Azercell” abunəçilərinə xəbərdarlıq edib

16:31 12-02-2024 | icon 1050
“Azercell” abunəçilərinə xəbərdarlıq edib

Bəzi abunəçilər son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur.

“Azercell Telekom” şirkətindən YeniAvropa-ya bildirilib ki, fırıldaqçıların şirkət adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir.

“Müştərilərimizdən gələn müraciətlər əsasında “Azercell” şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı “Azercell” və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər hansı bir əməliyyat aparılmayıb. Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir”, - deyə məlumatda qeyd olunub.

Bütün yuxarıda sadalananları nəzərə alaraq, “Azercell” şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:

- Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;

- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;

- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;

- Eləcə də, şübhəli məzmunlu internet saytlarından istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və s.-dən yararlanmayın;

- gələn SMS, vatsap mesajlarındakı şübhəli linklərə keçid etməyin;

Yeni nömrə əldə etmək məqsədilə yalnız “Azercell” şirkətinin rəsmi mənbələrindən istifadə edin:

∙ Rəsmi satış kanalı: www.azercellim.com saytı;

∙ “Azercell Eksklüziv” mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: https://www.azercell.com/az/personal/azercell-stores.html

Abunəçilər yuxarıdakı linkdən istifadə edərək “Azercell”in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.

Yarana biləcək hər hansı sual ilə bağlı yalnız “Azercell” şirkətinin rəsmi əlaqə vasitələrinə müraciət edin:

 ∙ Onlayn Müştəri Xidmətləri https://www.azercell.com/az/;

∙ “Azercell”-in rəsmi feysbuk, tviter və instaqram səhifələri;

∙ “Azercell” Telefon Mərkəzi:

- Fakturalı xətt abunəçiləri üçün: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsi

- Fakturasız xətt (SimSim) abunəçiləri üçün: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsi