logo

Müşfiqabadda 1 ha ərazidə Eldar şamı və zeytun ağacları əkilib

13:13 10-02-2024 | icon 868
Müşfiqabadda 1 ha ərazidə Eldar şamı və zeytun ağacları əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə aksiyasına Gənclər və İdman Nazirliyi nəzdində fəaliyyət göstərən Sabunçu və Binəqədi Gənclər evinin əməkdaşları, gənclər və ekokönüllülər qoşulublar.

ETSN-in mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, aksiya çərçivəsində Müşfiqabad qəsəbəsinin 1 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, ərazi damcılı suvarma sistemi ilə təchiz olunub və yaşıllıqların suvarılmasında qəsəbədə formalaşan tullantı sularının təmizlənməsindən əldə edilən texniki sulardan istifadə olunur.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.